Əsgər məktubu – 1

Əsgər məktubu – 1

4 oktyabr. Vacib görüşlərim var.Səhər tezdən dururam. 1ci dərəcəli işlərimi həll edib DİA-ya gedirəm. Düşünürəm ki, hələ bu gün də aparmayacaqlar.Evə qayıdıram metrodan cıxanda komisarlığa getmək ağlıma gəlir.Və yaxşı ki,getmişəm. 10 deqiqe sonra Xətai r. h/k saat vaxtın var” Axşam gedirsən! Mən 3 aydan coxdu bu sozü gozlüyürəm. Ama bunu eşitmək sadəcə ifadə olunmazdır. Hər şeydən üz cevirib məcburi getmək. Əsgər getmək əzm və həvəsdir.Amma hər getdiyin an o zərbənin dadın alırsan. Necəki günəş şüasıda dəqiqələrlə sonra çatır yerə. İndi günorta fasiləsidir kazarmada yazıram bunları. 4ü gecə yola düşdük biləcəridən qatarla ilk dəfə idi getməyim tagga –tarag...

“İRAN – ÇANTADA KƏKLİK!”

“İRAN – ÇANTADA KƏKLİK!”

İranın nüvə enerjisi ilə bağlı bölgəsəl və nərdəysə, kürəsəl sorunu Azərbaycanı da birbaşa maraqlandırır. Azərbaycan dövlətinin milli təhlükəsizliyinə təhdid olan bu məsələdə istər dövlət, istərsə də dövlət öz həssaslığını görsətməlidir. Lakin, görsətməlidir, o deməkdir ki, hələ görsətmirlər. Görsətmələri üçün bu məsələlərə sıradan xəbər kimi deyil, qonşu dövlətin yaratdığı təhlükə kimi baxmaq lazımdır. Arayış: İranda Buşəhr Atom Elektrik Stansiyasının tikintisinə hələ 1975-ci ildə başlanılıb. Bu stansiya İranla Almaniya arasındakı müqaviləyə əsasən tikilirdi. Lakin İslam İnqilabından sonra Almaniya layihədən çıxır. 20 ilə qədər natamam qalan AES...

“DİNƏ İNANMA, DİNSİZ QALMA (?)”

“DİNƏ İNANMA, DİNSİZ QALMA (?)”

İnanclı bir insanın şübhəçi bir insandan daha xoşbəxt olması, sərxoş bir insanın ayıq birindən daha xoşbəxt olmasından fərqli bir şey deyil.” Corc Bernard Şou Din haqqında çox yazılıb, yazılır, yazılacaq da. Elə özüm də çox yazıram bu haqda. Fərqli təbəqələrdən, fərqli təfəkkürə sahib insanlarla ünsiyyətdə olduqca, onların fikirlərində dinə qarşı duyduğum bir neçə məqam vardır ki, bunları ümumiləşdirib, cəmiyyətin dinə münasibətini açıb göstərmək istərdim. Ümumiyyətcə, bu gün Azərbaycanda dinə münasibət birmənalı deyil. Hər nə qədər də dindar kəsimə aid şəxslər fantaziyalarını zorlasalar da, çox şükür olsun Uca Kosmosa ki, o zorladıqları elə öz...

“BLOQ-ŞÜVƏNLİK”

“BLOQ-ŞÜVƏNLİK”

2010-cu ilin avqustundan bloqçuluqla məşğulam. Əslində bloq yaratmağa ona görə ehtiyac duydum ki, facebook artıq mənə bəs eləmirdi. Cızmaqaralarımı qeydlər (notes) şəklində fb-da yerləşdirsəm də, bunu sadəcə, dostlarım oxuya bilirdi. Ama yazılarıma böyük marağın olduğunu gördüm. Ona görə də, oxucu auditoriyamı artırmaq qərarına gəldim. Əgər maarifləndirmə üçün ən xırda bir şey edirəmsə, niyə onu daha çox insana ulaşdırmayaydım ki? Buna görə də www.azersayt.com milli bloq serverində özümə www.hutradualizm.azersayt.com adı ilə ilk bloqumu açdım – 2010 avqust. Təbii ki, blogger kimi hər hansı təcrübəm yox idi. Xırda-xırda bəzi şeyləri öyrəndim – admin panelində...

“AYNA”

“AYNA”

Sənə aynadan danışacam. Yox, bu nə mənim nənəmin bacısı Aynadır, nə də ki, başı büst olan Ayna Sultanova. Sənə aynadan danışacam. Ayna dediyimi görüb ağlın Şəki ləhcəsinə də getməsin. Bilirəm, şəkililər  “Ay Ana” xitabını “Aynaa” şəklində də işlədirlər. Bəli, özümüzü çətinə salmağa gərək yox. Danışacağım ayna, elə bildiyin aynadır. O ayna ki, gündə 100 kəs qabağnda durub özünə tamaşa eliyirsən. Səhər hamamda əl-üzünü yuyanda, sonra otağına keçib böyük güzgü qarşısında saçlarını darayanda, üzünü makiyaj edəndə, liftin güzgüsündə həmən makiyajını tazələyəndə, universitetin koridorlarında iri aynalarda özünü qaydaya salanda… Hər qabağına...

“DÜNYA SƏNƏ QALSIN…”

“DÜNYA SƏNƏ QALSIN…”

Qoy bu dünya sənə qalsın, Mən özümə başqa dünya taparam. Al, bu  dünya sənə qalsın, Mən özümçün ayrı dünya yaparam… Bayağdan bəlkə, yedid-səkkiz dəfədir ki, yazıb silirəm. Yazıram, yazıram, səhifə yarıya çatanda göz ucu nəzər salıb, bu nə maymaqlığdı deyib, ctrl+A+enter kambinasiyası ilə hər şeyi silib atıram. Sora bir də təzədən başlıyıram. Gördüm ki, alınmadı, gedib yatdım. Təzədən durub gəldim. Ama yenə də alınmadı. Bilmirəm. Bəlkə, heç bunu da oxuya bilməyəcəksən – bunu da siləcəm, bəlkə? Heh, diyirəm nə asandı e, bəyənmədiyivi silib atırsan, təzədən başlıyırsan. Demək, bizim həyatımız heç word praqramı qədər də deyil. Bu praqramı yaradan insan...

“DEBATNAMƏ-1”

“DEBATNAMƏ-1”

Salamlama  və Təqdimat Salam, dəyərli auditoriya – Azərbaycan debat ailəsi! Məni tanıyan və tanıyacaq bütün Debatçılar! Debat kəliməsi ilə ilk kəs DİA`da tanış oldum. Mən bütün uğurlarımla birlikdə DİA Debat Ailəsinə aidəm. Hərçənd ki, faydam ümumən və ya konkret debatçılara da dəyməmiş deyil. 4 il əvvəl, 2007`ci ilin payızına qədər “”debat” sözünə heç rast gəlməmişdim və buna rəğmən Debat aləmində ən tanınan (istər professional debatçılığım, istərsə də dəlisovluğumla) debatçılardan oldum. Mənim təlimçilərim də, məşqçilərim də əsas DİA`lılar oldu, eləcə də digər I nəsil debaçılar. Mənim güclü debatçı kimi yetişməyimin əsas səbəblərindən elə biri...

“FACEBOOK`DA BLOCK LİSTİM”

“FACEBOOK`DA BLOCK LİSTİM”

Bu payızda 3 il tamam olur ki, Facebook-da hesabım var. Daha doğrusu hesablarım. İndiyə kimi müxtəlif məqsədlər üçün açıq və ya gizli, fake və ya həqiqi olan 5-6 hesabım olub və var. Bu illər ərzində bu qədər hesabda bəlkə, 1000-ə qədər adam (neçə faizinin adam olduğu şübhəlidir) bloklamışam. Çoxu da, təbii ki, mübahisələrə görə olub. Əvvəl belə idi ki, izah edirdim, başa düşürdü, düşürdü. Düşməsə, nadir halda blok eliyərdim. Sadəcə dostluqdan çıxartırdım. Sonra “uğurla” inkişaf edən nevrozumdan dolayı, bir sözümü iki eliyəni söyüb batırıdım. Ağına-bozuna da baxmırdım. Elə indi də eləyəm. Əlamətdar hadisələr zamanı yenə bu aqressiyam müşahidə olunur....

“GİZLİ ZƏNG”

“GİZLİ ZƏNG”

Gecələr pis yuxular görürəm. Arada sayıqlayıram. Yuxunun içində olduğumu bilə-bilə, özümdən asılı olmadan sayıqlamağa davam edirəm. Son günlər dəfələrlə olub ki, yuxunun içində çığırıram. Gecənin bir aləmində ev əhlini oyadıram şirin yuxudan. Özüm də öz səsimdən diksinirəm yuxumun içində. Bağırtımdan  qorxuram. Gündüzlər gizlətdiyim, maymağ görüntümün arxasında saxladığım qəzəbim gecələr yuxularımda püskürür. Siqaretdən zəhləm gedir. Yoxsa o qədər çəkərdim ki… Yarışa girərdim onunla, kim kimi tez bitirəcək deyə. Ama qoxusundan ürəyim bulanır. Həə, sən demə, vaxtı olanda ürəyim bulanmağa da vaxt tapırmış. Yoxsa əzəcəyim hər siqaret kötüyü edam...

“YAŞAMAĞA VAXT YOXDU…”

“YAŞAMAĞA VAXT YOXDU…”

Ölmək çətin deyil, yaşadıqlarını unuda bilirsənsə. Yaşamaq da asan deyil, ölümünlə itirdiklərini xatırlayırsansa. Əvvəl yoxluqla həyat arasında çırpınırsan. Sonra həyatdan ölümə yollar tapırsan. Əslində istəyirsənsə, hər şeyə bir yol tapırsan. Lap allaha da yola tapmaq olur, iblisə də. Ama bəzən olur ki, özünə yola tapa bilmirsən. Özün özünə hardan gedəcəyivi, necə gedəcəyivi  tapmaqda çətinlik çəkirsən. Bəzən də, özün özüvün içində azırsan. Azdığın hər yerdən çıxmaq mümkündü, asandı. Çünki mütləq sənə tanış olmuyan bir şeylərə arast gələcəksən. Ama bəs özün öz içində azmısansa, onda necə olsun? Axı burda gördüyün hər şey elə sənin özündü! Burda...

“TƏBRİZƏ ETİRAFLARIM – 3”

“TƏBRİZƏ ETİRAFLARIM – 3”

GÜNEY, yoxsa QARABAĞ? Günün aydın olsun, Təbriz. Gecələrin onsuz da qaranlıqdı… 3-cü məktubumu yollayıram Sənə. Bu məktubumda Sənə qarşı laqeyd olanların əsas arqumentini – Qarabağla Səni üz-üzə qoymaq cəhdlərini cavablayacam. Bir də Sənin hər şeydən niyə vacib olduğunu əsaslandıracam. Hərçənd, yeni etiraflarımdan hətta Sənin özünün ətin ürpənə bilər, ama burda məsələyə sıradan bir türk, sadə vətəndaş kimi yox, az-çox siyasət elminə yiyələnmiş biri kimi deyəcəm Bu hadisələr başlayandan bəri bir qisim geydirmə azərbaycançılıq idiotologiyasına zərif qəlbini qapdırmış şəxslər, xüsusən də YAP meyilli qüvvələr, bəzi məqamlarda muxafyorlar, eləcə də burnunun ucunu...

“TƏBRİZƏ ETİRAFLARIM – 2”

“TƏBRİZƏ ETİRAFLARIM – 2”

Aqibətin xeyir olsun, Təbriz. Aqibətin xeyir olsun  ki, Sənin aqibətini düşünməyənlərə onların öz aqibətini görsədəsən. Yenə mənəm – Boşboğaz Çərənçigil. Bəli, gözüm Təbriz, mənim boğazım boşdu. Çünki vətən-şüvən KÜT`lə kimi kimsə mənim də boğazımı doldurmayıb, doldura da bilməyəcək. Mənim boğazım ona görə boşdur ki, düşündüklərimi açıq-aşkaranə ifadə edə bilim. Ama boğazına çollu dovşan dürtülən igid xalqımız nə boğazına dürtülən maddi vətənpərvərlik mübaliğələrini çıxarıb atmır ağzından, nə də ki, boğazında olanı udub həzm etmir ki, becəhənnəm, heç olmazsa, sözünü deməyə boğazı açıq olsun. Ama bir boşboğaz kimi mən buları deyəcəm...

“TƏBRİZƏ ETİRAFLARIM – 1”

“TƏBRİZƏ  ETİRAFLARIM – 1”

Günaydın, Təbriz. Günaydın, Güney. Mən Sənin tanımadığın biriyəm. Sənin küçələrində, məhəllələrində, Böyük Çarşında belə yəqin ki, mən əlamətlərdə birinin Quzeydə yaşadığını bilən bir kimsə yoxdur. Heç mən də orda yaşayanların, Sənin içivə aldıqlarıvın, Səninlə gurlayanların kim olduqlarını nöqtəbənöqtə bilmirəm. Ama əsas Sənin varlığını bilirəm. Səni əsrlərcə yaşadan isə Sənin oğulların, qızlarındı – Sənin insanlarındı. Sən bütünləşmiş bir insansan mənim təxəyyülümdə. Yadımdadı, hələ 2004-2005`ci illər idi. Avara-avara internet klublarda sülənirdim. Bütün günü səfeh chat`larda bir ərgən kimi razborka, mübahisə aparmaqla məşğul idim. Yalan nə...